29.05.2011

NƏTİCƏ

 Kitab boyu izah etdiyimiz kimi, qəflətə düşənlərdən olmaq bir insanı həlaka sürüyən əsas səbəblərdən biridir. Qəflət içindəki insan hər şeyin yolunda olduğunu və gözəl həyat yaşadığını zənn edə bilər. Hər şeyi bildiyini və hər şeyi doğru etdiyini düşünməsi bunun ən diqqəti cəlb edən göstəricisidir. Ancaq bu qəflət halı axirət günü Allahın hüzurunda sona çatacaq:
    "Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!" (Qaf surəsi, 22)

QƏFLƏTİN SONU

Qəflət Allah qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, bunda inad edənləri dəhşətli və tərifi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürüyər. Qafil olmaqda inadkarlıq edən və qəflət içində dünyadan ayrılan insanlar Allahın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər.
Quranda bildirildiyi kimi, qəflət içindəki insanların göz və qulaqları möhürlənmiş, anlayışları alınmışdır. Qəbul və şüur səviyyəsində heyvan kimidirlər. Hətta bu vəziyyəti öz razılıqları ilə qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar. Allah Quranda bu vəziyyətdəki insanları belə təsvir edir:

Cənnətin gözəlliyini bilmək

Cənnət keçici olan dünya həyatında edilən saleh əməllərin, Allahdan qorxmanın, Allahın rizasını qazanmanın qarşılığıdır. Allah Quranda insana bu vədini belə bildirir:
    İman gətirib yaxşı işlər görənləri isə, Biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?! (Nisa surəsi, 122)

Sonsuzluğu qavramaq


İnsanların bir qismi sonsuzluq anlayışını düşünmək mövzusunda da, ümumiyyətlə, tənbəllik edərlər. Sonsuzluğun əsla bitməyən, sonu gəlməyən və tükənməyən bir zamanı ifadə etdiyini lazım olduğu kimi düşünüb anlamağa çalışmazlar. Sonsuzluğu yalnız çox uzun illəri, əsrləri ifadə edən bir anlayış kimi qəbul edərlər.
Halbuki "sonsuzluq" çox fərqli bir anlayışdır. Sonsuzluq bir insanın ömrü qədər müddət deyil. Bir neçə insan nəsli qədər müddət də deyil. Sonsuzluq min il, on min il deyil, yüz min il deyil, milyon və ya milyard il, hətta trilyon il də deyil.

Axirətdən geri dönüşün olmadığını bilmək

Qəflət içindəki insanın özünü aldatdığı düşüncələrdən biri də özünə yenə fürsət veriləcəyi mövzusunda yanılmasıdır. Hətta bu düşüncə bəzi yerlərdə reinkarnasiya adı verilən batil bir inanc halına belə gətirilmişdir. Qafil insan nə qədər səhv edirsə etsin, öldükdən sonra təkrar dünyaya dönüb bunların əvəzini ödəmək imkanına sahib olacağını zənn edər. Bu səbəblə, öldükdən sonra Allahdan son bir ümidlə geri dönməyi istəyər. İnkar edənlərin bu istəkləri Quranda belə bildirilir:
    Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi  qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin!

Əsl yurdun axirət olduğunu bilmək

Əsl yurdun axirət olduğunu düşünməyən qəflət içindəki insanlar dünyada davamlı olaraq rahatlamaları üçün daha yaxşı yerlər və imkanlar axtararlar. Məsələn, az gəlirli, evi olmayan birisi həmişə kirayədən xilas olacağı günü düşünər. Bir evinin olması onun ən böyük idealıdır. Bu yolda çətinliyə girər, ömrünün böyük hissəsi ev və digər ehtiyacları üçün kredit ödəyərək keçər. Bir başqası bina evindən həyət evinə köçməyi, digəri isə geniş ərazisi olan bir malikanəyə sahib olmağı düşünər. Amma Allahın axirətdə vəd etdiyi cənnət mülklərinin varlığına inanmadığı və ya bu ehtimalı çox uzaq gördüyü üçün bunlara çatmaq üçün ən kiçik bir səy belə göstərməz. Halbuki möminlər cənnətə və oradakı nemətlərə qovuşmaq üçün yarışarlar. Allah qəflət içində dünya nemətlərinə sahib olmaq üçün sanki digər insanlarla yarışıb səy göstərənləri Quranda belə xəbərdar edir:

Ölümü düşünmək

İnsana dünyada müəyyən bir müddət verilmişdir. Bu müddət bitdiyində ölümlə mütləq qarşılaşacaq. Quranda hər insanın bir gün mütləq ölümlə qarşılaşacağı belə xəbər verilir:
De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cümə surəsi, 8)