17.04.2011

YARADILIŞ HƏQİQƏTİ 2


Quruda yaşayan məməli heyvanların ən irilərindən olan kərgədanlar bundan 75 milyon il əvvəl də eyni bu günki kimi güclü dişlərə, buynuzlara sahib idilər. Çində ortaya çıxarılan bu kəllə fosili (qalığı) diqqətli şəkildə araşdırıldığında aradan keçən milyonlarla il boyu kərgədanlarda heç bir dəyişiklik olmadığı görülər.


Maralların onlarla növündən biri olan xallı marala dünyanın bir çox bölgəsində rast gəlmək mümkündür. Fosilləşərək bu günə qədər qorunan bu maral kəlləsi yer üzündə təkamüllü bir inkişafın yaşanmadığını, canlıların yaradıldığı ilk halları ilə bu günki görünüşləri arasında heç bir fərqin olmadığını ortaya qoyur.


Təkamülçülərin iddiaları doğru olsaydı, keçmişdə həm antilop xüsusiyyəti daşıyan və həm də fərqli bir canlı növünün xüsusiyyətlərinə sahib olan bir çox qəribə canlının olması lazım idi. Lakin saysız nağıl və xəyali ssenari ilə dolu olan təkamülçü yayınlarda bir ədəd belə ara canlı fosili sərgilənmir. Çünki belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar şəkildə nümunəsi görülən 83 milyon illik antilop kimi, var olduqları ilk halları ilə günümüzə qədər gəlmişlər.


“Mustelidea” fəsiləsinə daxil olan dələlər milyon illərlə dəyişməyən görünüşləri ilə təkamülün iddialarını yalanlayan canlılardan biridir. Aparılan geoloji araşdırmalar digər bütün elm sahələri kimi, təkamül nəzəriyyəsinin keçərsizliyini ortaya qoyarkən yaradılışın açıq bir həqiqət olduğunu göz önünə çəkir.




Şimal qütb bölgəsində ara-sıra mənfi 40 dərəcəyə çatan soyuqda yaşayan qütb tülküləri bəslənmək üçün  bəzən 1000 kilometr yol qət edirlər. Allahın çətin şərtlərə dözümlü yaratdığı qütb tülküsünün fosil kəllələri günümüzdəki canlı nümunələri ilə tam eynilik təşkil edir. Bu açıq-aşkar dəlil bütün canlılarda olduğu kimi, tülkülərin də yaradıldığı ilk andakı halları ilə indiki dövrdə də mövcud olduqlarını göstərir.



Darvinistlərin 150 il davam edən aralıq forma fosili axtarışı böyük bir ümidsizliklə nəticələnmişdir. Hazırda təkamülçülərin dəlil kimi ortaya qoya biləcəyi heç bir tapıntı yoxdur. Antropoloq Jeffrey H. Schwartz fosil qeydlərinin darvinizmin əleyhinə olduğunu belə ifadə edir:
"Bir çox paleontoloq qalıq qeydlərində itkin halqaları tapmaq əvəzinə yalnız böyük boşluqlarla və bu günə qədər yazılmış fosil növləri arasında hər hansı bir aralıq forma olmadığı gerçəyi ilə üz-üzə gəldi". (Schwartz, Jeffrey H., Sudden Origins, 1999, s. 89)

 

Şəkildəki 89 milyon illik panter kəllə fosili bu canlıların on milyon illərlə dəyişmədiklərini ortaya qoyur. Əgər darvinistlərin iddiaları doğru olsaydı, fosil qeydlərində hələ tam inkişaf etməmiş bir çox panter fosili olmalı idi. Ancaq qeydlərdə belə "yarım" bir panterə heç rast gəlinməmişdir. Olan bütün panter fosilləri günümüzdəki panterlərin sahib olduğu xüsusiyyətlərə tam malikdir. Bu da panterlərin təkamül keçirmədiyinin əhəmiyyətli dəlillərindən biridir. Panterlər də digər bütün canlılar kimi uca Allahın əsəridir.

 

Günümüzdəki pandaların daşıdığı bütün xüsusiyyətlərə sahib olan və bundan 96 milyon il əvvəl yaşamış  pandalar təkamülü rədd edir. Fosillərlə isbat edilən bu həqiqət açıq və dəqiq olaraq ortadadır. Darvinistlərin israrla göz ardı etməyə çalışması bu həqiqəti dəyişdirməz. Canlılar təkamüllü müddət nəticəsində ortaya çıxmamışdır. Canlı və cansız bütün varlıqları Allah yaratmışdır.



Fosil qeydləri qum tülkülərinin həmişə qum tülküsü olaraq mövcud olduqlarını, başqa bir canlıdan törəmədiklərini isbat etmişdir. Günümüzdəki qum tülküləri ilə hər yöndən eyni olan 86 milyon illik şəkildəki qum tülküsü kəllə fosili təkamülçülərin yalnız xəyallarını dilə gətirdiklərinin dəlilidir. Darvinistlərin iddia etdiyi kimi bir müddət heç bir zaman yaşanmamışdır, təkamülçü fərziyyələr elmi istinaddan məhrumdur.



Darvinistlərin fosillər qarşısındakı çarəsizliyini göz önünə gətirən tapıntılardan biri də şəkildəki 65 milyon illik şimal-şərq pələngi kəllə fosilidir. Təkamülçülər söz mövzusu canlıların xəyali təkamül müddətini dəlilləndirə biləcək bir dənə belə tapıntı ortaya qoya bilmədiyi halda, saysız fosil şimal-şərq pələnglərinin təkamül keçirmədiyini və yaradıldığını isbat edir.

Təkamülçülərin uzun illər boyu axtardığı aralıq-keçid fosilləri heç bir şəkildə tapılmır və digər tərəfdən yaradılış həqiqətini ortaya qoyan fosillərə hər gün bir yenisi əlavə olunur. Şəkildəki zebr kəllə fosili də bu nümunələrdən biridir. Diş və çənə quruluşu günümüzdəki nümunələrindən fərqsiz olan bu fosil təkamül nəzəriyyəsinin böyük bir uydurmadan ibarət olduğunu, bütün canlıları Allahın yaratdığını bir daha təsdiq edir.



Darvinistlərin açıqlaya bilmədiyi mövzulardan biri də məməlilərin mənşəyidir. Təkamülçülər məməlilərin mənşəyinə və bu sinifə daxil olan canlıların bir-biriləri ilə olan sözdə təkamüllü qohumluq əlaqələrinə dair heç bir dəlil göstərə bilməzlər. 90 milyon illik bu pələng kəllə fosili də təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunun dəlillərindən biridir.

Комментариев нет:

Отправить комментарий