17.04.2011

YARADILIŞ HƏQİQƏTİ

Tək bir proteinin təsadüfən meydana gəlmə ehtimalı 10950-də bir ehtimaldır ki, bu da qeyri-mümkünə bərabərdir. Bir dənə protein belə təsadüfən meydana gələ bilmədiyi halda darvinistlər milyonlarla proteindan yaranan mənim kimi bir canlının təsadüfən meydana gəldiyini iddia edərlər.

   Sizin tanriniz ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm  ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98)
Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Nəhl surəsi, 17)
Bir insanın burnunda 5-10 milyon civarında qoxu hiss etmə hüceyrəsi var ikən, mənim burnumda 220 milyon civarında qoxu hiss etmə hüceyrəsi var. Sahib olduğum hər xüsusiyyət uca Allahın mənə verdiyi bənzərsiz bir nemətdir.
Allah anamın qarnında tək bir ortaq ana hüceyrəni çoxaldıb mənim bütün toxumalarımı, orqanlarımı, üzümü və gözlərimi meydana gətirdi. Rəbbim yaratdığı bütün hüceyrələrimə nə qədər çoxalmalarının, nə vaxt dayanmalarının lazım olduğunu və hansı orqanlarımı meydana gətirmələrinin lazım olduğunu davamlı ilham edir.

   Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O, yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 51-52)
Darvinistlər mənim sahib olduğum tək bir hüceyrəni belə açıqlaya bilmədiyi halda mənim bütün gözəlliyimin, ətrafımdakı ağacların, digər çiçəklərin, meyvələrin və ucsuz-bucaqsız meşələrin təsadüfən meydana gəldiyini iddia edərlər. Halbuki məni də, ətrafımdakı bütün ehtişamlı gözəllikləri də yaradan aləmlərin Rəbbi olan uca Allahdır.

   O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol... (Məryəm surəsi, 65)
   (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s.  kimi) biçilən taxıl dənələri yetişdirdik.  (Qaf surəsi, 8-9)
Darvinistlər anamın mənə olan şəfqətini kor təsadüflərə bağlayarlar. Amma şüursuz halda inkişaf edən hadisələrin fədakarlıq, şəfqət və həmrəylik kimi şüur və ağıl tələb edən xüsusiyyətləri necə meydana gətirdiyini heç bir şəkildə açıqlaya bilməzlər.
Sahib olduğum tək bir DNT-nin hər hansı bir pilləsindəki, məsələn, 719 milyon 348 min 632-ci pilləsindəki tək bir hərfin səhv kodlaşdırılması kimi bir xəta belə mənim üçün qorxunc nəticələrə yol aça bilər. Buna baxmayaraq, darvinistlər qüsursuz quruluşumla mənim təsadüfi hadisələrin bir nəticəsi olduğumu iddia edərlər. Bunun qeyri-mümkün olduğu açıq-aşkardır.
Düşmənlərimizə qarşı olduqca yırtıcı olduğumuza baxmayaraq,  ailəmizə  son dərəcə şəfqət və sevgi göstəririk. Əgər hər şey darvinistlərin dediyi kimi şüursuz hadisələrin nəticəsində inkişaf edirsə və onların iddia etdiyi kimi təbiətdə yalnız bir mübarizə hakimdirsə, bu vəziyyətdə sevgini, şəfqət və himayəni, övladlarımıza qarşı fədakar davranışları heç bir şəkildə bilməməliydik.

Комментариев нет:

Отправить комментарий