17.04.2011

QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ

Qəflət içində Allahın və axirətin varlığını göz ardı edən insan dünyada müəyyən istək, arzu və həvəslərə yönəlmişdir; bunların arxasınca sanki ovsunlanmış kimi qaçar. Dünyada özünə görə təyin etdiyi mövqe, məqam, mal-mülk sahibi olmaq kimi məqsədlər üçün səy göstərər. Davamlı olaraq, qazandığı və ya qazanacağı pulla edə biləcəyi şeyləri düşünər, bunların xəyallarını qurar və bunlardan bəhs edər. Bunlarla o qədər məşğul olar ki, Allahın əmr və qadağalarını göz ardı edər, hətta ağlına belə gətirməz. Allahın elm və qüdrətini haqqı ilə qavraya bilmədiyi üçün də Onun əmr və qadağalarını yerinə yetirməz və Rəbbimizin sərhədlərini aşmaqda bir qorxu görməz.
Allahın xatırlanması axirətə inanmayanların vicdanlarının səsini yüksəldər və onlara qəflət içində olduqlarını xatırladar. Onlar isə Allaha qarşı məsuliyyəti xatırlamaq və bu məsuliyyətlərini yerinə yetirmək nəfslərinə zidd olduğuna görə, içində olduqları qəflətə möhkəm sarılmağı seçərlər. Bu səbəblə, Allah xatırlandığı zaman içlərində böyük bir sıxıntı duyarlar. Quranda "Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər" (Zumər surəsi, 45) ayəsi ilə bu insanların vəziyyəti xəbər verilir.
İndi qəflət içindəki insanların ümumi xüsusiyyətlərini araşdıraq:

GİRİŞ

Kiçik bir uşağın  şən və şad rəftarları insanları qibtə etdirir. Çünki böyükləri üçün olduqca əhəmiyyətli olan, üzərində uzun  düşündükləri, ciddi qərarlar aldıqları, reaksiya verdikləri hadisələrin ona görə bir mənası yoxdur. Məsələn, nə iqtisadi böhranlar, nə təbii fəlakətlər, nə dünyada yaşanan müharibələr və nə də edilən zülmlər onun üçün bir şey ifadə etməz. Ətrafında olub keçənlərdən xəbərsiz halda acmaq, susamaq və oyuncağını itirmək kimi səbəblərin xaricində heç bir şeydən narahatlıq duymadan öz dünyasında yaşayar. Hüzurunu pozan bu səbəblər olmadığı müddətdə də şüursuzca yatmağa, oynamağa və gülməyə davam edər.

QƏFLƏT HALI

Qəflət halı girişdə də qısa şəkildə bildirdiyimiz kimi, insanın Allahın və axirətin varlığından xəbərsiz olması və ya xəbəri olduğu halda bu bilginin tələb etdiyi şüur və məsuliyyəti, davranış şəklini göstərməyərək əhəmiyyət verməməsidir. Qəflət halı bəzən iman edən bir kimsə üçün qısa müddətli, keçici bir unutqanlıq və ya dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən və ya Ona ortaq qoşanlarda olduğu kimi bütün həyatlarını və həyatlarının hər xüsusiyyətini bürüyən dərəcədə dərin ola bilər.
Dünyada bir çox insan yaradılış məqsədini düşünmədən nəfsinin arzuları ilə əylənib, mənasız və faydasız işlərlə məşğul olub şüursuz halda həyatını davam etdirir.

YARADILIŞ HƏQİQƏTİ 2


Quruda yaşayan məməli heyvanların ən irilərindən olan kərgədanlar bundan 75 milyon il əvvəl də eyni bu günki kimi güclü dişlərə, buynuzlara sahib idilər. Çində ortaya çıxarılan bu kəllə fosili (qalığı) diqqətli şəkildə araşdırıldığında aradan keçən milyonlarla il boyu kərgədanlarda heç bir dəyişiklik olmadığı görülər.

YARADILIŞ HƏQİQƏTİ

Tək bir proteinin təsadüfən meydana gəlmə ehtimalı 10950-də bir ehtimaldır ki, bu da qeyri-mümkünə bərabərdir. Bir dənə protein belə təsadüfən meydana gələ bilmədiyi halda darvinistlər milyonlarla proteindan yaranan mənim kimi bir canlının təsadüfən meydana gəldiyini iddia edərlər.