Dünya həyatı bir gün anidən yox olacaq və insan əbədi olaraq yaşayacağı axirət yurduna keçəcək. Halbuki dünya həyatının keçici və son dərəcə qısa olduğunu düşünə bilməyən qəflət içindəki insan böyük bir maraq və həvəslə dünyaya bağlanmışdır və yalnız dünya üçün yaşayar. Uşaqlığından etibarən davamlı olaraq gələcəyə yönələn planlar qurar, həyatını istəklərinə uyğun yönləndirməyə çalışar. Ömrü bu əyləncələrlə dünyanın nə qədər qısa və keçici olduğunu düşünmədən anidən sona çatar. Eynilə gördüyü və uzun sürdüyünü sandığı, amma əslində yatdığı vaxtın yalnız bir neçə saniyəsini əhatə edən yuxunun sona çatması kimi... Axirətdə dünya həyatının yalnız bir yuxu kimi çox qısa sürdüyünü və qəti olaraq yanıldığını anlayar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair söhbətləri Quranda belə bildirilir:
İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; (Ənbiya surəsi 1-2)
29.05.2011
Allahın yaratdıqlarını detalları ilə bilmək
Bilgi qəflətdən xilas olmağı təmin edən ən əhəmiyyətli amillərdən biridir. Kainatı əhatə edən yaradılış dəlillərini araşdırmaq, görmək və anlamaq insanın üzərindən qəfləti götürər və uzaqlaşdırar. Allahın üstün elm və qüdrəti ancaq belə ciddi araşdırma və təfəkkür nəticəsində haqqı ilə təqdir edilə bilər. Allah "Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq" (Ənbiya surəsi, 16) ayəsi ilə kainatın və içindəki varlıqların xüsusi hikmətlə yaradıldığını bildirir.
Həqiqətdə bütün yaradılmışlar Allahın varlığının açıq dəlilləridir
Allahın hər şeydən xəbərdar olduğunu və hər şeyi bütünlüklə əhatə etdiyini bilmək
Allah "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!" (Qiyamət surəsi, 36) ayəsi ilə insanlara hər an Öz hökmranlığında və nəzarətində olduqlarını açıq şəkildə bildirmişdir. Ancaq qəflət içindəki insan bunu düşünüb anlamaqdan uzaqdır. Halbuki bunu anlamaq üçün bir neçə dəqiqə səmimi bir şəkildə, həyatını davam etdirməsi üçün lazım olan hər şeyi (ən incə detalına qədər) özünün etmək və yoxlamaq məcburiyyətində qaldığını düşünməsi kafidir.
Məsələn, bu anda vücudumuzda gedən prosesləri bilmirik və bunlarla maraqlanmaq gərəyini duymuruq.
28.05.2011
Allahın verdiyi fürsətləri dəyərləndirmək
Allah varlığını xatırlamaları və Özünə yönəlmələri üçün insanlara müxtəlif şərtlər və mühitlər verər. Sıxıntı və çətinliklər də bunlardandır. Quranda bir ayədə "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar" (Tövbə surəsi, 126) şəklində buyurulur. Bu çətin anlar insanların qəflətdə olduqlarını onlara göstərən böyük bir fürsətdir. Çünki Allaha üsyankar olan nəfs belə anlarda acizliyini anlayar. Bu vəziyyətdə vicdanı ön plana çıxan insan səhvlərini görər və onlardan çəkinməyin yollarını axtarar. Bu, insana verilən böyük bir fürsətdir
Quran oxumaq və ayələr üzərində düşünmək
Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allahın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allaha yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edər. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verər. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi razı halda Allaha yönələr.
Səmimi şəkildə ayələr üzərində düşünən insan düşüncə və davranışlarındakı səhvləri görər.
Tək-tənha hesab veriləcəyinin düşünülməməsi
İnsanın qəflətə düşdüyü mövzulardan bir başqası da axirətdə Allahın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ölümü nə qədər izdihamlı bir mühitdə olursa-olsun ölüm mələyi ruhunu alarkən dünya ilə və o anda yanında olan digər insanlarla əlaqəsi kəsilər. Axirətdə dirildilib hesab verməyə yürüyərkən məhşər izdihamının içində tək olacaq. Çünki orada heç kim başqası ilə maraqlanacaq vəziyyətdə olmayacaq. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər içinə düşdüyü ən çətin andır. O anda duyduğu təklik etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allahın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir.
Ölümün hər an gələ biləcəyini unutmaq
İnsanlar ümumiyyətlə, ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!" (Loğman surəsi, 34) ayəsi ilə bildirilir.
Hər insanın ölüm anı hələ doğulmamışkən qədərində müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də vardır..." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir. İnsanın öz ölüm anını bilməməsi onu qəflət içində yaşamağa aparan səbəblərdən biridir.
Подписаться на:
Сообщения (Atom)






