29.05.2011

Allahın hər şeydən xəbərdar olduğunu və hər şeyi bütünlüklə əhatə etdiyini bilmək

Allah "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!" (Qiyamət surəsi, 36) ayəsi ilə insanlara hər an Öz hökmranlığında və nəzarətində olduqlarını açıq şəkildə bildirmişdir. Ancaq qəflət içindəki insan bunu düşünüb anlamaqdan uzaqdır. Halbuki bunu anlamaq üçün bir neçə dəqiqə səmimi bir şəkildə, həyatını davam etdirməsi üçün lazım olan hər şeyi (ən incə detalına qədər) özünün etmək və yoxlamaq məcburiyyətində qaldığını düşünməsi kafidir.
Məsələn, bu anda vücudumuzda gedən prosesləri bilmirik və bunlarla maraqlanmaq gərəyini  duymuruq.
Amma bütün orqanlarımız nizamlı halda və bir-biriləri ilə uyğun şəkildə davamlı çalışır. Özbaşına qaldığımıza görə həyatımızı davam etdirə bilməyimiz üçün ilk öncə nizamlı şəkildə oksigen almalı, ürəyimizi döyündürüb qan dövranımızı təmin etməli, mədə turşusunu normada saxlamalı, həzmi reallaşdırmalı və bunun kimi milyonlarla əməliyyatı idarə etməliyik.
Vücudumuzda reallaşan hadisələri idarə etdiyimizi (hər nə qədər qeyri-mümkün olsa da) düşünək. Məsələn, yatanda bu işləri bizim yerimizə kim davam etdirəcək? Necə ki, yatarkən də bütün orqanlarımız işə davam etməlidir. Yalnız ürəyimizin bir neçə dəqiqə idarəmiz xaricində qalıb dayanması belə həyatımızın sona çatması üçün kifayətdir; ancaq eyni zamanda yatmağımızın lazım olduğu da digər əhəmiyyətli bir həqiqətdir. Özbaşına qaldıqda  özümüzün etməsi lazım olanlar bununla məhdudlaşmır. Çünki həyatımızı təmin edən xarici amilləri də artıq özümüz təmin etməliyik.
Məlum olduğu kimi, öz bədənimiz belə idarəmizdə deyilkən xaricimizdəki dünyanı və kainatı ehtiva edən sonsuz saydakı incə nizam və tarazlıqla qurulan sistemə müdaxilə etməyimiz yalnız təxəyyülümüzün genişliyini göstərməkdən ibarət olar. Bunları düşünüb  öz vücudu daxil olmaqla heç bir varlığa nəzarət etməsinin mümkün olmadığını qavrayan hər insan özbaşına olmadığını, hər şeyə üstün elm və qüdrət sahibi olan Allahın nəzarət etdiyini anlayar. Kainatdakı canlı-cansız hər varlığın Allahın yaratması ilə meydana gəldiyini və Onun idarəsində olduğunu qavrayar. Bunları anlamaq insanın içində olduğu qəflətdən xilas olmasına kömək edər və hər an Allahın özünü gördüyünü düşünərək hərəkət etməsinə səbəb olar. Allah hər an insanları nəzarətində saxlayır, onları və işlədikləri hərəkətləri an-an yaradır. Allahın hər an insanları  əhatə etdiyi "...Rəbbin insanları ehtiva etmişdir..." (İsra surəsi, 60) ayəsi ilə xəbər verilmişdir. Allahın özünü bütünlüklə əhatə etdiyini düşünən mömin gizli və ya açıq şəkildə etdiyi və ya danışdığı hər şeyi, içində olduğu hər vəziyyəti Allahın bildiyini bilər. Hər mühitdə və hər an Onun yanında olduğunu da bilər. Bu vəziyyət Quranda belə təsvir edilir:

Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, yenə də onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (Mübarizə surəsi, 7)
Ayədə açıq şəkildə təsvir edilən bu həqiqət üzərində səmimiyyətlə düşünüldüyündə insanı qəflətdən qurtarmağa  kifayət edər. Həqiqətləri dərk etməsinə, həm dünyada və həm də axirətdə gözəl bir həyat sürməsinə vəsilə olar. Çünki özünün davamlı olaraq Allahın hökm və idarəsi altında olduğunu bilərək Allahın rizasından çıxmaqdan şiddətlə qorxub çəkinəcək. Etdiyi bütün gözəl şeyləri və yaxşılıqları da Allahın gördüyünü biləcək və mükafatlandırılacağı gün üçün sevinc və nəşə duyacaq. Hər şeyin öz xüsusi imtahanının gərəyi kimi reallaşdığını qavradığı üçün hər şeyin özü üçün xeyir olduğunu bilərək bu anlarda gözəl bir səbr göstərər. Bu səbri və gözəl davranışları nəticəsində isə, Allahın izni ilə Onun bütün inananlara vəd etdiyi cənnətə qovuşar.

Комментариев нет:

Отправить комментарий