28.05.2011

Tək-tənha hesab veriləcəyinin düşünülməməsi

İnsanın qəflətə düşdüyü mövzulardan bir başqası da axirətdə Allahın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ölümü nə qədər izdihamlı bir mühitdə olursa-olsun ölüm mələyi ruhunu alarkən dünya ilə və o anda yanında olan digər insanlarla əlaqəsi kəsilər. Axirətdə dirildilib hesab verməyə yürüyərkən məhşər izdihamının içində tək olacaq. Çünki orada heç kim başqası ilə  maraqlanacaq vəziyyətdə olmayacaq. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər içinə düşdüyü ən çətin andır. O anda duyduğu təklik etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allahın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir.
Bütün gücündən, malından, ünvanından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi və yaxınlıq duyduğu bütün insanlardan uzaqlaşmış bir şəkildə maddi və mənəvi olaraq yalın haldadır. İnsanlara Allahın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)
Dünyada etdiklərinin qarşılığını dərhal görməyən, özünə müddət verilən qəflət içindəki insanlar axirətdə də belə olacağını zənn edirlər. Bu düşüncələri səbəbi ilə Allahın rizasına uyğun olmayan hərəkətlər edərkən yoldaş da axtararlar. Hətta dostlarına "dünyaya bir dəfə gəlirik", "fikir vermə", "babalı boynuma" kimi batil sözlər söyləyib onları da Allahın əmr və qadağalarını göz ardı etməyə və ya təxirə salmağa təşviq edərlər. Belə şüursuzca deyilən sözlərin qəflət halının bir nəticəsi olduğu aşkardır. Çünki bir insan dünyaya necə bir dəfə gəlirsə, cəhənnəmə də bir dəfə gedəcək və sonsuz bir əzabla qarşılaşacaq. Budur ki, bu insanlar Allahın Quranda bildirdiyi bu həqiqətdən qafildirlər. cəhənnəmdə (Allahın diləməsi xaric) sonsuza qədər qalma ehtimalını heç düşünmürlər. Söz mövzusu insanların Allahın əzabını küçümsəyib başqalarının günahını boynuna götürmələri isə Allahın üstün elm və qüdrətini qavramaqdan nə qədər uzaq olduqlarının bir göstəricisidir. Necə ki, bir insanın digər bir insanın günahını yüklənməsinin söz mövzusu olmadığı da Quranda açıq şəkildə bildirilmişdir:
    Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün  çağırsa və yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz… (Fatir surəsi, 18)
    “Heç bir günahkar başqasının günahına yüklənməz! (Nəcm surəsi, 38)
Hər nəfs axirətdə öz etdiklərinin qarşılığını görəcək. Artıq ətrafında dünyada ikən özünə "günahını boynuma götürürəm" deyən kəslər də olmayacaq. Özünə kömək edən nə bir dostu, nə də qohumu olacaq. Hətta dəyər verdiyi bütün yaxınlarına dünyada onu qəflətə sürüdükləri üçün nifrət etməyə başlayar. Allah axirətdəki bu düşmənliyi Quranda belə xəbər verir:
    Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf surəsi, 67)
O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Duxan surəsi, 41)
Dünyadakı saxta dostluqlar yox olub gedər, axirətdə yerini düşmənliyə buraxar. Çünki bu dostluqlar Allahın rizası göz ardı edilərək qurulan mənfəət dostluqlarıdır. Dünyada ikən Allahın sevdiyi və Ona yönələn insanlarla deyil, qəflət içində inkar edən, Allahdan üz çevirən səmimiyyətsiz insanlarla dostluq edilmişdir. Əslində dünyada belə, mənfəətləri zidd olduğunda çox səmimi dostların bir-birlərinə düşmən olduqlarını tez-tez görmək mümkündür. Bir-birlərini qəflətə sürüdükləri və zərər verdikləri halda ölənə qədər pozulmayan dostluqlar isə Quranda da bildirildiyi kimi, Allahın hüzurunda düşmənliyə çevrilər. Bu düşmənlik qəflət pərdəsi gözlərindən qalxan insanların əzabın fərqində olmaları ilə başlayar. Axirətdə gözlərindən qəflət pərdəsi qaldırılan insanların səmimi etirafları Quranda belə bildirilir:

    İndi artıq nə şəfaət edən kimsələrimiz, Nə də bir mehriban dostumuz var! (Şüəra surəsi, 100-102)
İnkarçılar hesab günü peşmanlıq içində davamlı şəkildə tək qaldıqlarını dilə gətirərlər. Ətraflarında dünyada ikən istehza etdikləri möminlər olmayacaq. Küçümsədikləri bu gerçəklə qarşılaşınca geri dönüb həqiqətən iman edənlərdən olmağı diləyəcəklər. Bu vəziyyət ayədə belə xəbər verilir:
    Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər! (Hicr surəsi, 2)
Lakin geri dönüş yoxdur.

Комментариев нет:

Отправить комментарий