29.05.2011

Ölümü düşünmək

İnsana dünyada müəyyən bir müddət verilmişdir. Bu müddət bitdiyində ölümlə mütləq qarşılaşacaq. Quranda hər insanın bir gün mütləq ölümlə qarşılaşacağı belə xəbər verilir:
De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cümə surəsi, 8)
Ölüm özündən qaçan, qorxan və öləcəyini heç düşünməyən qəflət içindəki insanlar daxil bütün insanlara gələcəkdir. Ancaq qəflət içində Allahın hökmlərini göz ardı edən insanlarla iman edən insanların ölüm anında yaşayacaqları fərqli olacaq. İnkar edənlər heç gözləmədikləri bir anda ölümlə üz-üzə gəlincə dəhşətə qapılacaq və böyük bir qorxu yaşayacaqlar. Ayrıca, canları böyük bir acı ilə alınacaq. İnkar edənlərin canlarının alınması Quranda belə təsvir edilir:
    Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Muhəmməd surəsi, 27)
Quranda bildirildiyi kimi, inkar edənlərin canları acı içində alınacaq. Bu anda uğrunda həvəs göstərib Allahın əmr və qadağalarını göz ardı etdiyi hər şeyin əhəmiyyətini itirdiyini görəcək. Həyatı boyunca ən çox dəyər verdiyi ailəsi, yoldaşları, qohumları, çox sevdiyi işi, avtomobili, evi, malı-mülkü, hamısı tamamilə dəyərini itirər. Artıq çarəsiz və tək qalmış və qorxusu daha da artmışdır. Bu vəziyyətdə inkar edən adam bütün həyatını boşa keçirdiyini və Allahın rizasına uyğun heç bir şey etmədiyini görüb dərin bir peşmanlıq duyar. Qorxu və peşmanlıq içində əzabdan xilas ola bilmək üçün çarələr axtarar və bütün sevdiklərini fəda etmək istəyər. Allah Quranda inkar edən insanın qiyamət günündə düşdüyü bu vəziyyəti belə təsvir edir:
Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin  öz oğullarını; Övrətini və qardaşını; ona sığınacaq verən əşirətini; və yer üzündə olanların hamısını – təki özünü qurtarsın! Xeyr (bu mümkün deyildir). Həqiqətən, o alovlu atəşdir.  (Məaric surəsi, 10-15)
Ayədə açıq şəkildə ifadə edildiyi kimi, insan canını verəcəyi qədər çox sevdiyi yaxınlarını, həvəslə bağlı olduğu bütün dünya nemətlərini cəhənnəm əzabına qarşılıq vermək istəyər. Ancaq ona  dünyada sahib olduğu heç bir şeyin faydası olmayacaq, əbədi qalmaq üzrə cəhənnəmdəkilərin arasına düşməkdən özünü qurtara bilməyəcək.
Qəflət içində inkarda inad edən insanların canı acı içində alınarkən iman edənlərin canı isə asanlıqla alınar. Qəflətdən qorunmağa çalışan iman edən insanların ölüm vaxtı gəldiyində canları mələklər tərəfindən gözəl bir şəkildə alınaraq cənnətlərə yerləşdirilər. Quranda iman edənlərin canının alınması belə təsvir edilir:
    O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə Cənnətə daxil olun!” – deyərlər.  (Nəhl surəsi, 32)
    Həmin vaxt mömin Allahın ona verdiyi nemətləri dünyadakılara eşitdirib onları xəbərdar etmək istəyər. Möminlərin bu rəftarı Quranda belə bildirilir:
    Ona: “Cənnətə daxil ol! – deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” (Yasin surəsi, 26-27)
Canının gözəl şəkildə alınmasını və cənnətdə əbədi həyat sürməyi arzulayan hər insan qəflətdən xilas olmadığı təqdirdə ölüm vaxtı yaşayacaqlarını düşünməlidir. Dünyada canı yandığı və acı duyduğu anlarda hiss etdiklərinin qat-qat çoxunu ölüm anından etibarən əbədi olaraq yaşayacağını təfəkkür etməlidir. Bu əzabı düşünüb hər an ölümlə qarşılaşacağını bilən, qorxu ilə və könüldən Allaha yönələn hər insan içində olduğu qəflətin fərqində olacaq. Dolayısı ilə Allahın əmr və qadağalarına əməl edib göstərəcəyi ciddi səy ilə qəflətdən xilas olacaq.

Комментариев нет:

Отправить комментарий