28.05.2011

Ölümün hər an gələ biləcəyini unutmaq

İnsanlar ümumiyyətlə, ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!" (Loğman surəsi, 34) ayəsi ilə bildirilir.
Hər insanın ölüm anı hələ doğulmamışkən qədərində müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də  vardır..." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir. İnsanın öz ölüm anını bilməməsi onu qəflət içində yaşamağa aparan səbəblərdən biridir.
Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allahın əmrlərinə qarşı laqeyd olmaz, dünya həyatına dalıb axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunu düşünən mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allahın bütün əmr və qadağalarına səmimi bir şəkildə həyatının hər anında əməl edər.
İman etməyən bir insan isə Allah rizasının deyil, nəfsinin istəkləri yönündə yaşayar. Öləcəyini bilər, ancaq ölümün axirətdə  sonsuz cəhənnəm və ya sonsuz Cənnət yurdunda  oyanış olduğunu qavramaz. Ölüm qəflət içindəki insanın beynində yalnız hər şeyindən və bütün sevdiklərindən uzaqlaşıb əbədi onlardan ayrılmaq düşüncəsindən ibarətdir. Bu səbəblə də, sevdiklərinə həvəslə bağlanar, ölümdən söz düşdükdə belə narahat olar. Ölüm ağlına gəldiyində isə başqa şeylər düşünərək unutmağa çalışar. Ölümü bir az düşündüyü təqdirdə sıxıntıya düşəcəyindən və həyatının dəyişəcəyindən qorxub narahat olar. Ancaq hər an həyatının sona çatacağını düşünmədiyi, ölüm üzərində təfəkkür etmədiyi üçün, Allahın əmr və qadağalarını göz ardı edər və ya təxirə salar. İbadət etmək üçün hələ vaxtının olduğunu, yaşı irəliləyincə edəcəyini düşünər. Halbuki,  ömrünün nə qədər qaldığı mövzusunda heç bir fikri yoxdur. Ölümün hər an gələ biləcəyini düşünmədən davam etdirdiyi bu qəflət halı içində Allahın əmr və qadağalarını yerinə yetirməyə vaxt tapa bilmədən ölüm anidən gəlib çatar. Qəflət içindəki bu insanların həmişə uzaq gördükləri ölümlə qarşılaşdığı an Quranda belə bildirilir:
Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı biləydilər! Xeyr, onları gözlənilmədən yaxalayar və şaşırdar. Onu əsla geri qaytara bilməzlər və onlara möhlət də verilməz! (Ənbiya surəsi, 39-40)
Ayədən də açıq şəkildə aydın olduğu kimi, ölüm bəhanələri dinləmir və təqdir edilən vaxt sürətlə yaxınlaşır. Heç bir şeyin ölümə mane olması və ya onu dayandırması söz mövzusu deyil. Quranda bunun ifadə edildiyi bir ayə belədir:
De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!  (Cümə surəsi, 8)
İnsan hər an ölə bilər, bu həqiqəti unutmağa, yaxud da bu həqiqətdən qaçmağa çalışmaq insanın qəflətdə olduğunu və ya sürətlə qəflət girdabına doğru süründüyünü göstərir. Qəflətin insanı sonsuz əzab yurduna aparacağı da qəti bir həqiqətdir.

Комментариев нет:

Отправить комментарий