28.05.2011

Vicdanın səsinə qulaq asmamaq

Vicdan insana Allahın ilhamı ilə davamlı şəkildə doğru yolu göstərir. Quranda vicdanın tərifinin keçdiyi ayələr belədir:
    And olsun nəfsə və onu yaradana; Sonra da ona fücurunu (günahlarını) və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.  (Şəms surəsi, 7-10)
"Fücur" nəfsin istək və arzularını haram və ya qeyri-qanuni yollarla da olsa, reallaşdırmaq istəməsidir. Allah fücura qarşı insanı davamlı olaraq ilhamı ilə xəbərdar edir. Bu ilhamı isə insan vicdanın səsi hesab edir. Bu səsə daima tabe olmaq insanı pisliklərdən və günahlardan təmizləyib təmizləyər, sonsuz qurtuluş və xoşbəxtlik yurduna aparar. Bu səsi dinləməyən insan nəfsinin hədsiz arzularına hər necə olursa-olsun çatmağa çalışar. Beləliklə, əvvəlcə dərin  qəflətə düşər, sonra da böyük bir əzaba doğru irəliləyər. Qəflət içindəki insanların vicdanın səsinə baxmayaraq, inkarda inad etmələri Quranda belə bildirilir:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 14)
Vicdanın səsi nəfsin hədsiz arzularına qarşı insanı davamlı olaraq xəbərdar edər və insanı doğru yola dəvət edər. Qafil insan isə bu xəbərdarlığa (nəfsinin istəkləri ilə üst-üstə düşdüyü üçün) rahatlığını və hüzurunu pozacağı narahatlığı ilə önəm verməz. Məsələn, Allah beş vaxt namazı möminlərə fərz etmişdir, ancaq nəfs bəzən bu ibadəti yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirər. Vicdanına qulaq asan bir insan bu bəhanələrə heç bir şəkildə aldanmaz. Namazın ciddiyyətlə, heç axsatmadan, tam vaxtında, böyük bir şövq və itaətlə yerinə yetirilməsi lazım olan bir ibadət olduğunu bilər. Hər insanın axirətdə namaz ibadətini yerinə yetirib-yetirmədiyi mövzusunda sorğuya çəkiləcəyinə heç şübhə etmədən hərəkət edər.
Peyğəmbərimiz də (s.ə.v.) bir çox hədisi-şərifində beş vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən bir qüdsi hədisində Rəsulullah belə buyurur:
"Beş vaxt namaz böyük günahlardan çəkindikdə növbəti həftədəki cümə gününə və növbəti ildəki ramazana qədər səhvlər üçün kəffarədir". (Müslim), (Riyazüs-salehin, imam Nəvəvi, çevirən: Məhmət Əmrə, Bədir nəşriyyat, səh 698)
Rəsulullah əfəndimiz (s.ə.v.) namaz qılmamağın və ya namaz vaxtını keçirməyin nə qədər təhlükəli olduğunu isə başqa bir mübarək hədisi-şəriflərində belə bildirmişdir:
İmam Safı ilə Beyhəkiyə görə Peyğəmbərimiz (s.ə.v.) "Hər hansı vaxtın namazını qılmadan vaxtını keçirənlər yuvası dağılmış, mal-mülkünü əldən qaçırmış kimidirlər" buyurur. (İmam Qəzali- Qəlblərin kəşfi)
Bu səbəblə, qafil insan vicdanından gələn bu səsi onun Allahın (doğru yola, sonsuz xoşbəxtliyə çağıran) bir ilhamı olduğunu göz ardı edib davamlı susdurmağa çalışar. Çünki bu səs davamlı olaraq nəfsin qeyri-qanuni yollarla istəklərinə çatmasına qarşı çıxır.
Vicdanın səsini dinləməmək səbəbi ilə düşülən bu qəflət halı isə nəfsin üsyanla, günahla və pozulmalarla daha da pisləşib fücurun (sərhəd tanımaz günah və pisliyin) artmasına səbəb olar. Qafil insan artıq elə bir dərin şüursuzluq içindədir ki, həyatını fücurla davam etdirmək istəyər:
    Lakin insan önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və: “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi  zaman. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur!  (Qiyamət surəsi, 5-12)
Vicdanını dinləməyən insanın Allahın rizasından uzaq, qafil davranışlarının nəticəsi isə, əlbəttə, böyük bir müsibət olur. Bu müsibət də dünyadakı ən böyük acı və ən böyük işgəncələrlə belə müqayisə edilə bilməyəcək dərəcədə şiddətli və sonsuz bir əzab deməkdir. Bu əzab yeri də şübhəsiz, atəş çuxuru olan cəhənnəmdir.

Комментариев нет:

Отправить комментарий