29.05.2011

Sonsuzluğu qavramaq


İnsanların bir qismi sonsuzluq anlayışını düşünmək mövzusunda da, ümumiyyətlə, tənbəllik edərlər. Sonsuzluğun əsla bitməyən, sonu gəlməyən və tükənməyən bir zamanı ifadə etdiyini lazım olduğu kimi düşünüb anlamağa çalışmazlar. Sonsuzluğu yalnız çox uzun illəri, əsrləri ifadə edən bir anlayış kimi qəbul edərlər.
Halbuki "sonsuzluq" çox fərqli bir anlayışdır. Sonsuzluq bir insanın ömrü qədər müddət deyil. Bir neçə insan nəsli qədər müddət də deyil. Sonsuzluq min il, on min il deyil, yüz min il deyil, milyon və ya milyard il, hətta trilyon il də deyil.
Sonsuzluq bunların hamısının xaricindədir və heç vaxt sona çatmayan, əsla bitib tükənməyən bir zamanı ifadə edir.
Budur, bu həqiqəti düşünən insan sonsuz həyatını cəhənnəmdə keçirmək təhlükəsini əsla gözə ala bilməz. Dünyada bir an belə dözə bilmədiyi qədər şiddətli əzabları bitib tükənməyən zaman boyunca hiss etməyi seçə bilməz. Dolayısı ilə sonsuzluğu düşünmək qafil olan insanı oyadar, özünə gətirər və Allahın razı olacağı işləri etmək üçün çalışmağa sövq edər. Sonsuz cəhənnəm həyatından qorxan imanlı bir insan eyni zamanda sonsuz cənnət nemətləri içində həyata imkanı olduğunu da düşünər və dünyadakı qısa sürən həyatı bir an belə sonsuz axirət həyatına tərcih etməz.

Комментариев нет:

Отправить комментарий