28.05.2011

Quran oxumaq və ayələr üzərində düşünmək

Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allahın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allaha yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edər. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verər. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi  razı halda Allaha yönələr.
Səmimi şəkildə ayələr üzərində düşünən insan düşüncə və davranışlarındakı səhvləri görər.
Bilmədiyi və ya əhəmiyyət vermədiyi üçün, edib-etmədiyi şeylərin əhəmiyyətini və ciddiliyini anlayar. Rəbbimizin üstün elm və qüdrətini qavrayar və Allaha qarşı duyduğu qorxu və sevgi artar. Allah Quranın endirmə məqsədini ayələrində belə xəbər verir:
Bu, insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.  (İbrahim surəsi, 52)
Həqiqətən, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)
Quranı diqqətlə oxuyan və ayələr üzərində düşünən insan səmimiyyəti ölçüsündə zamanla ayələrin təcəllilərini ətrafında görməyə başlayar; bu da hər an Allahı xatırlamasına və qəflətdən qorunmasına vəsilə olar. Məsələn, Quranda təsvir edilən inkarçı xarakterini zamanla ətrafındakı bəzi insanlarda görməyə başlayar. Onları gözləyən sonsuz əzabdan xəbərdar olduğu üçün, bu nümunələr özünə önəmli bir ibrət vəsiləsi olar. Bu şəkildə Allahın izni ilə qəflətdən çəkinər və qəflətə qarşı necə tədbir görməli olduğunu bilər. Yenə insan ayələr üzərində düşünüb cəhənnəmdəki acının və peşmanlığın şiddətini öyrənər, sonsuz atəş əzabından Allahın diləməsi xaricində qurtuluş olmayacağını düşünüb anlayar. Eyni şəkildə, Cənnətdəki sonsuz nemətləri, gözəllikləri və gözəl həyatı təfəkkür edər, Allahın rəhmətini və Cənnətini qazanmanın şövqünü yaşayar. Quranı oxuyan insan dünyada etdiyi hər şeyin hesabını verəcəyini və gördüyü işlərin nəticəsində Cənnət və ya cəhənnəmə girəcəyini bilər. Budur, bu həqiqəti görən insan qafil olmaqdan, haqqı unutmaqdan və ya yerinə gətirməməkdən şiddətlə qaçar.

Комментариев нет:

Отправить комментарий