28.05.2011

Qədərin göz ardı edilməsi

Qədər Allahın bütün varlıqların yaşayacaqları hal və hadisələri əvvəldən təyin etməsidir. Geniş bir izahla böyük və kiçik bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq balası və ya dünyanın hər hansı yerindəki mikroskopik bir canlıya qədər) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allahın təqdir etməsidir.
İnsanın gözlərini dünyaya açdığı andan etibarən sahib olduğu heç bir fiziki xüsusiyyətin seçimi özünə aid deyil. Ata-anasını seçə bilməz, dərisinin rəngini, gözünün rəngini, boyunu öz istəyinə görə təyin edə bilməz. Aydındır ki, heç bir fiziki xüsusiyyətini seçmə gücünə sahib olmayan insanın yaşayacaqlarını da öz istəyinə görə təyin etməsi söz mövzusu deyil. Quranda "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə bu həqiqət insanlara xəbər verilmişdir.

Bunu düşünən insan sahib olduğu hər şeyi və qarşılaşdığı hər hadisəni Allahın rizasına və rəhmətinə yönəlib Allahın istədiyi şəkildə qiymətləndirməlidir. Quran bu qiymətləndirmədə tək yol göstəricidir. Nə hər hansı bir insan (istər böyük gücə sahib bir iş adamı, istərsə də Afrika qitəsində yaşayan bir qəbilə üzvü olsun), nə də hər hansı bir varlıq (istər dənizin dərinliklərində yaşayan bir canlı olsun, istərsə də nəhəng bir meşədə yaşayan kiçik bir böcək olsun) Allahın ona təyin etdiyi qədərin xaricinə çıxa bilməz. İnsanın etdiyi hər şey də özünə təyin olunmuş qədər yönündə reallaşır. Bu vəziyyət Quranda insanlara belə bildirilir:
    Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!  (Yunus surəsi, 61)
İnsanın yaşadığı və yaşayacağı hər anın qədərdə təyin olunduğu bu ayələrdə bildirilmişdir. Quranda bildirilən bu həqiqətləri göz ardı edən insan ucsuz-bucaqsız kainatda, dünyadakı milyardlarla insanın arasında təsadüflər içində yaşadığını zənn edər. Bu vəziyyətdə özünü istədiyi kimi aparmaq azadlığına sahib olan başıboş canlı kimi görər. Belə bir baxış yönü də insanın özünü azad və Allahdan müstəqil bir varlıq zənn edib dərin bir qəflətə düşməsinə səbəb olar.

Комментариев нет:

Отправить комментарий