29.05.2011

Axirətdən geri dönüşün olmadığını bilmək

Qəflət içindəki insanın özünü aldatdığı düşüncələrdən biri də özünə yenə fürsət veriləcəyi mövzusunda yanılmasıdır. Hətta bu düşüncə bəzi yerlərdə reinkarnasiya adı verilən batil bir inanc halına belə gətirilmişdir. Qafil insan nə qədər səhv edirsə etsin, öldükdən sonra təkrar dünyaya dönüb bunların əvəzini ödəmək imkanına sahib olacağını zənn edər. Bu səbəblə, öldükdən sonra Allahdan son bir ümidlə geri dönməyi istəyər. İnkar edənlərin bu istəkləri Quranda belə bildirilir:
    Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi  qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin!
Bu vəziyyətin ayələrdə bildirilməsinin bir hikməti də geri dönüşü olmayan gündən əvvəl insanların qaça bilmədiyi bu həqiqəti bilmələri və mənasız xəyallara dalmadan Allahın rizasını qazanmağa çalışmalarıdır. Ancaq Allahın bildirib xəbərdar etdiyi axirət əzabının şiddətini düşünməyən, bunu heç cür ehtimal etməyən, qəti bilgi ilə inanmayan insan sonda mütləq Allahın hüzurunda bu həqiqətlə üz-üzə gələcəkdir. Buna israrla anlamazlıqla yanaşan dərin qəflət içindəki insanın hələ özünə bir fürsət yenə veriləcəyini düşünməsi əslində özünü aldatmasından başqa bir şey deyil.
Əzaba layiq olan insan peşmanlığını axirət günündə dilə gətirəcək. Quranda cəhənnəm xalqının peşmanlıqlarından bəhs edilən söhbətlər bildirilməklə insanlar xəbərdar edilir. Bu ayələrdən biri də belədir:
    Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin! (Zumər surəsi, 58)
Qəflətdən xilas olmaq və bu ifadələrin sahibi olmamaq üçün insan yaxşı düşünməli və Allahın əzabından şiddətlə qorxub çəkinməlidir. Əzabı qazanan qafil insanların ən böyük yanılmaları axirət yurdunu dünya həyatı ilə müqayisə etmələridir. Allahın sorğusunu, cənnət və cəhənnəmi dünyada yaşadıqları hadisələrlə müqayisə edərlər. Dünyadakı kimi axirətdə də hər şeyin bir əvəzi olacağını düşünüb özlərini aldadarlar. Məsələn, dünyada sinifdə qalsa və ya məktəbdən atılsa belə, sonradan bağışlanılacağını düşünər. Həbsdəki bir insanın da bir gün müddəti bəlli olan cəzası bitər, sərbəst olar. Necə ki, dünyadakı çətinliklər ömür boyu sürməz, müəyyən müddətdən sonra bitər. Budur,  qafil insanlar axirətdə də belə imkanların və fürsətlərin olduğu inancı ilə dünyada qorxusuz halda istədiklərini edərlər. Halbuki əvəzin ödəniləcəyi, fürsətlərin dəyərləndiriləcəyi yeganə məkan dünyadır. Axirət isə qarşılıqların verildiyi yerdir. Bu səbəblə, insan əbədi sürəcək cəhənnəm əzabına səbəb olan bu qəflət halından xilas olmaq üçün axirətdən geri dönüşün qeyri-mümkünlüyünü və axirətdə heç bir günahın əvəzini ödəmək imkanına malik olmayacağını təfəkkür etməlidir.
    Cəhənnəmin nə qədər əzab verici bir məkan olduğunu və orada sonsuzadək qalmağı bilmək
Qəflətdəki adam ölümü uzaq gördüyü kimi cənnət və cəhənnəmi də özündən uzaq görər. Halbuki ölüm nə qədər qəti və həqiqətdirsə, cənnət və cəhənnəm də o qədər qəti və həqiqətdir. Orada dünyadakından daha çox dəqiq və həqiqi bir mühit vardır. Və bu çox qəti bir həqiqətdir ki, dünyadakı hər kəs mütləq bu iki yerdən birinə girəcək və əbədi olaraq orada qalacaq.
Cəhənnəmi dəqiq və qəti bir həqiqət olaraq bilib düşünmək isə, insandakı Allah qorxusunu və cənnət arzusunu artırar. Cəhənnəmin necə bir əzab yurdu olduğunu təfəkkür etmək üçün Qurandakı cəhənnəm təsvirləri üzərində diqqətlə düşünmək lazımdır. Quranda cəhənnəmin təsvirinin edildiyi ayələrdən bəziləri belədir:
    O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! (İbrahim surəsi, 49-50)
... Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri  onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o, necə də pis məskəndir! (Kəhf surəsi, 29)
...Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir. Hələ onlar üçün dəmir toppuzlar da vardır. Oradan –qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara): “Dadın atəşin əzabını!” (deyilər).  (Həcc surəsi, 19-22)
    Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar.  (Muminun surəsi, 104)
    O, onları uzaqdan görüncə onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman  ölüm diləyərlər.  “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” Onlara de: “Bu yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?” (Furqan surəsi, 12-15)
Dünyada ən kiçik bir acıya belə dözə bilməyən insan bu acı və iztirab mühitini səmimi bir şəkildə düşünsə, cəhənnəm əzabının (Quranda təsvir edildiyi kimi) dünyadakı heç bir acı ilə müqayisə edilməyəcək dərəcədə dəhşətli olduğunu görər. Cəhənnəmdə nə əzabın sonu, nə də ölüm vardır. Quranda cəhənnəm əzabının sonsuz olduğunu bildirən ayələrdən bəziləri belədir:
    Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (Maidə surəsi, 37)
    Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.  (Bəqərə surəsi, 81)
Cəhənnəmdə davamlı olaraq böyük bir acı çəkiləcəyi, oradan heç bir şəkildə qurtuluşun olmadığı, acıların sona çatmayacağı, acıya qarşı bir qoruyucunun və ya vərdişin də olmayacağı çox açıq bir həqiqətdir. Bunları vicdanlı və səmimi şəkildə təfəkkür etmək insanın Allah qorxusunu artırıb şüurunun açılmasına, qəflətdən xilas olub Allahın rizasını axtarmasına vəsilə olar.

Комментариев нет:

Отправить комментарий