29.05.2011

Dünyanın qısa və keçici olduğunu bilmək

Dünya həyatı bir gün anidən yox olacaq və insan əbədi olaraq yaşayacağı axirət yurduna keçəcək. Halbuki dünya həyatının keçici və son dərəcə qısa olduğunu düşünə bilməyən qəflət içindəki insan böyük bir maraq və həvəslə dünyaya bağlanmışdır və yalnız dünya üçün yaşayar. Uşaqlığından etibarən davamlı olaraq gələcəyə yönələn planlar qurar, həyatını istəklərinə uyğun yönləndirməyə çalışar. Ömrü bu əyləncələrlə dünyanın nə qədər qısa və keçici olduğunu düşünmədən anidən sona çatar. Eynilə gördüyü və uzun sürdüyünü sandığı, amma əslində yatdığı vaxtın yalnız bir neçə saniyəsini əhatə edən yuxunun sona çatması kimi... Axirətdə dünya həyatının yalnız bir yuxu kimi çox qısa sürdüyünü və qəti olaraq yanıldığını anlayar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair söhbətləri Quranda belə bildirilir:

Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan  soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər  bilirsinizsə, siz çox az qaldınız! (Muminun surəsi, 112-114)
Ayədə keçən "bir gün, bir gündən az" ifadəsi çox uzun zənn edilən ömürün nə qədər qısa olduğunu açıq şəkildə ifadə edir. Bu, Allah qatından bildirilmiş açıq bir həqiqət olduğu halda insan nəyi nəyə tərcih edəcəyəni çox yaxşı düşünməlidir. Sonsuz cənnəti hədəfləyərək hərəkət edəcək, yoxsa çox qısa sürən dünyanı? İnsanın arzularını təyin edərkən üzərində düşünməli olduğu ən əhəmiyyətli ünsür qısa və keçici olan dünya həyatının faydasının da yenə qısa və keçici olmasıdır.
Bu səbəblə, dünyanı əsl yurdumuz olan axirətə getmək üçün bir gözləmə salonu olaraq düşünmək lazımdır. Bir gözləmə salonundakı əşyaların və orada yaşanan hadisələrin insanı nə qədər maraqlandıracağı məlumdur. Heç bir yolçu gözləmə salonunda uzun müddət qalacaqmış kimi oraya yerləşib bütün planlarını bu gözləmə salonuna görə qurmaz. Çünki burada çox qısa bir müddət qalacaq. Burada çölü düşünmədən yalnız gözləmə salonuna görə aldığı qərarların və ya  etdiyi hərəkətlərin çöldə bir faydası olmaz. Eyni şəkildə, dünya üçün edilən heç bir şeyin də axirətdə bir faydası olmaz. Bu səbəblə, dünya üçün edilən işlərin sonda Quranda bildirildiyi kimi, bir ilğım kimi yox olacağını bilmək lazımdır. Quranda bunun xəbər verildiyi ayə belədir:
    Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.  (Nur surəsi, 39)
Ayədə açıq şəkildə bildirildiyi kimi, dünya üçün edilənlərin hamısı bir gün yox olub gedəcək və insan tək Allah rizası üçün etdikləri ilə Rəbbimizin hüzurunda hesab verəcək. Budur, o an insan yanılmasının fərqində olacaq və cəhənnəm əzabı qarşısında sonsuz bir çarəsizlik və peşmanlıq duymağa başlayacaq. Qəflət halının sona çatdığı, bütün həqiqətləri bir-bir gördüyü o anda dünya həyatına geri dönüb Allahın əmr və qadağalarına uyğun bir həyat yaşamaq istəyəcək. Ancaq bunun üçün çox gecikmişdir. Çünki artıq geri dönüş yoxdur:
    Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə  qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)
Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! Gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (Səcdə surəsi, 12)
İnsan Allahın hüzuruna təkbaşına gətiriləcəyi bu günlə qarşılaşmadan əvvəl dünya həyatının nə qədər qısa və keçici olduğunu anlayıb təfəkkür etməlidir. Dünyanın çox qısa bir müddətin sonunda mütləq sona çatacağı düşüncəsi insanın mənasız və faydasız işlərdən üz çevirməsinə, dünya həyatındakı qısa zamanını ən yaxşı şəkildə qiymətləndirib içində olduğu qəflətdən xilas olmasına vəsilə olar.

Комментариев нет:

Отправить комментарий