29.05.2011

Allahın yaratdıqlarını detalları ilə bilmək

Bilgi qəflətdən xilas olmağı təmin edən ən əhəmiyyətli amillərdən biridir. Kainatı əhatə edən yaradılış dəlillərini araşdırmaq, görmək və anlamaq insanın üzərindən qəfləti götürər və uzaqlaşdırar. Allahın üstün elm və qüdrəti ancaq belə ciddi araşdırma və təfəkkür nəticəsində haqqı ilə təqdir edilə bilər. Allah "Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq" (Ənbiya surəsi, 16) ayəsi ilə kainatın və içindəki varlıqların xüsusi hikmətlə yaradıldığını bildirir.
Həqiqətdə bütün yaradılmışlar Allahın varlığının açıq dəlilləridir
. Bu dəlillər üzərində detallı məlumat əldə etmək xüsusiyyətlərdəki üstün ağılın təcəllilərini görməyə səbəb olar. Allahın hər yaratdığının çox mükəmməl sistemlərdən meydana gəldiyi xüsusiyyətlərin araşdırılması ilə asanlıqla görülər. Bu xüsusiyyətlər qarşısında insan Allahın varlığını qəti olaraq qavrayıb Onun üstün güc və qüdrətini görər, Onun varlığını hər an hiss edər. Gözlərini kor edən və şüurunu örtən qəflət pərdəsini aralamağı və səmimi şəkildə edəcəyi dərin təfəkkürlərlə də bu pərdəni tamamilə qaldırmağı bacarar.
Məsələn, insan öz vücudu və yaradılışı haqqında ətraflı məlumat əldə edib Allahın üstün sənətini və elmini görə bilər. Necə ki, insanın yaradılışı təkbaşına qəfləti götürən möcüzəvi hadisələr zəncirindən meydana gəlir: Tək bir hüceyrənin içindəki genetik şifrədən çoxalaraq mükəmməl sistemlərə sahib bir canlıya çevrilən insan təkbaşına Allahın varlığının, üstün ağlının və gücünün böyük bir dəlilidir: Bir-birindən ayrı yerlərdə və ayrı canlılar içində çıxarılan yumurta və spermanın tam bir uyğunluq içində birləşərək döllənməsi və tək tip hüceyrənin çoxalıb, fərqliləşib sümükləri, əzələləri, orqanları, gözləri, əl və ayaqları, bunlardakı kompleks sistemləri meydana gətirməsi, daha sonra ana qarnından ayrılan bu orqanizmin görməsi, danışması, getməsi, gülməsi, ağlaması, duyğulara sahib olması...
Günümüzdəki araşdırma texnikaları sayəsində artıq kainatın ən uzaq nöqtələrindən okeanların ən dərin yerlərinə qədər müşahidələr aparılır və buralardakı bütün varlıqlar və hadisələr haqqında ətraflı məlumatlar əldə etmək getdikcə daha da asanlaşır. Budur, bu hadisələr və varlıqlardakı yaradılış möcüzələri haqqında geniş bilgi sahibi olan, düşünən və "… Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (Ali-İmran surəsi, 191) deyən səmimi və vicdanlı hər insan Allahın izni ilə qəflət pərdəsindən xilas olar.
Qəflətdən xilas olan insan Allahın bu açıq dəlilləri qarşısında qəti bir bilgi ilə iman edərkən Onun üstün sifətlərini də tanıyar, Allaha daha çox yaxınlaşar və artıq hər işində Onun rizasını güdməyə başlayar.

Комментариев нет:

Отправить комментарий